Yazını böyüt
Yazını kiçilt
Moskvada faşizm üzərində Qələbənin 81-ci ildönümünə həsr olunmuş parad keçirilir
Hafta.az rus mətbuatına istinadən xəbər verir ki, prezident Vladimir Putin Qızıl Meydana gəlib. Paradı müdafiə naziri Andrey Belousov qəbul edir.
Belousov Qızıl Meydana paradın komandanı olan Quru Qoşunlarının komandanı Andrey Mordviçev ilə birlikdə çıxıb. Onlar birlikdə hərbçilərin yanından keçiblər. Mordviçev Moskvada Qələbə paradına ilk dəfə komandanlıq edir.
Bu il parad hərbi texnika olmadan təşkil edilib. Piyada kolonunun tərkibində Rusiya ordusunun ali hərbi təhsil müəssisələrinin hərbçiləri və ayrı-ayrı qoşun növlərinin nümayəndələri iştirak edəcəklər.